cinemania

Azərbaycan kino tarixinin dünya kino tarixi qədər yaşı var.Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər Bakıda fotoqraf-kinematoqraf Aleksandr Mişon tərəfindən çəkilib. Kino tariximizin ilk xronika süjetləri "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və "İlişdin" bədii kinosüjetindən ibarət idi.

1916-cı ildə çəkilən “Arşın mal alan” kinokomediyası Qafqazda ilk kino operatta idi. Azərbaycanda kinonun belə sürətlə inkişafı o zaman başlanan neft bumuna bağlı idi. Neft maqnatları sənədli və bədii filmlərin çəkilişini maliyyələşdirirdilər.Həmçinin,milli yazar və ədiblərimizin müxtəlif janrlı pyesləri rejissorlar üçün hazır mövzu idi. Azərbaycan kinosunun inkişaf mərhələsi dünyada fundamental kinematoqraf ənənələri formalaşan vaxta təsadüf edir. Bu, Azərbaycan kinosunun qızıl dövrü idi.Bu dövrdə milli kino xadimlərimiz ölməz əsərlər-kinofilmlər yaradıb.Hər onillikdə ölkəmizdə yeni-yeni bədii filmlər çəkilib.Azərbaycan filmləri dünyanın bir çox ölkəsində kinoteatrlarda və televiziyalarda nümayiş etdirilib. Kino incilərimiz tamaşaçılar tərəfindən maraqla izlənilib. Milli kinomuz dünya kino tarixinə öz tohvəsini verib.

Cinemania.az olaraq əsas məqsədimiz mili kino ənənələrimizi dirçəltmək, Azərbaycan və dünya kinosevərlərinə milli şedevrlərimizi göstərməkdir.

<